Turizm

Turizm (fransız sözü olub, gəzinti, səfər deməkdir) — fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. 1954-cü ildə BMT-nin yığıncağında "Turizm" sözü müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, kulturoloji və sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilmişdir[1].

Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. Turizm son 20–25 ildə insanların vərdiş etdikləri həyati təlabatdır. Turizm xidmətlərinin və turist tələbatlı malların reallaşdırılması ilə məşğul olan istehsal, ticarətnəqliyyat müəssisələrinin məcmusu turizm sənayesini yaranır Bura mehmanxanalar, iaşə obyektləri, sənaye və ekskursiya büroları aiddir.

Turist — ölkə daxilində, yaxud xaricində müxtəlif məqsədlər üçün 24 saatdan 6 aya qədər müddətə səfər edən şəxsdir.

Tur– konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan turizm məhsulunun vauçer şəklində satılan formasıdır.

Turizm məhsulu isə turistlərə göstərilən xidmətlər kompleksidir.

Son onilliklər ərzində insanların həyat şəraiti yaxşılığa doğru xeyli dəyişilmişdir. Bununla yanaşı, mədəni inkişafın kölgəli tərəfləri də özünü büruzə verməyə başlamışdır. Bu, özünü işdəailədə insanların artmaqda olan hərəkətsizliyində, artıq qidanın qəbulunda, psixo-emosional gərginliyin artmasinda göstərir. Yaxın keçmişdə mükəmməl istirahətin etalonu, əsasən, dənizə səyahət, sanatoriya, kurortistirahət evlərində dincəlmək sayılırdı. Günəş, havasu sağlamlığın möhkəmləndirilməsinin əvəzolunmaz amilləridir. Sağlamlığın möhkəmləndirilməsi ilə səciyyələnən və özündə bir neçə turizm növlərini cəmləşdirən kənd yaşıl turizm və idman turizmidir.

Dünya Turizm Təşkilatının hesablamalarına görə, 2000-ci ildə dünya üzrə turizm gəliri 500 milyard, 2004-cü ildə 600, 2009-cu ildə 850 milyard, 2013-cü ildə 1 trilyon dollardan artıq olub.

İnkişaf sürətinə və gəlirlərə görə turizm iqtisadiyyatın əksər sahələrini üstələyərək neft və neft məhsulları ticarəti və avtomobil satışından sonra 3-cü yeri tutur[2]

  1. İ.Hüseynov, N.Əfəndiyev, "Turizmin əsasları" (dərslik), "Mars-Print" nəşriyyat-poliqrafiya müəssisəsi, Bakı-2017, 442 səh.
  2. "Arxivlənmiş surət". 2014-10-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-07.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search